21 sentyabr 2022-ci il tarixində İqtsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su Şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun sədrliyi keçirilən iclasda “Su şəbəkəsinə qoşulma” indikatoru üzrə hazırlanmış matrisa sənədinin yeni variantı təqdim olunub və bu sahədə görülən işlər haqqında məlumat verilib. Sənəd layihəsinə iclas iştirakçıları tərəfindən səsləndirilən təkliflərin əlavə olunması və təsdiq edilmək üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim olunması qərara alınıb.
İclasda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə və effektiv həyata keçirilməsi, eləcə də qurumlararası əlaqələrin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.