Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “ işçi qrupunun 9 avqust 2023-cü il tarixində video- konfrans formatında növbəti iclası başa çatdı. Səhiyyə nazirinin müavinin sədrliyi ilə keçən iclasda işçi qrupun müvafiq qurum nümayəndələrinin yarımillik hesabat məruzələri dinlənildi; Komissiyanın fəaliyyətinin daha da optimallaşdırılması məqsədilə, yeni təyin olunmuş nümayəndə, işçi heyətə təqdim edildi.
İclas boyunca səhiyyə sahəsində aparılan yeni islahatlar, gələcək istiqamətlər barədə məlumat verilərək aktiv şəkildə müzakirə edildi. Sağlam həyat tərzinin təbliği yolları, səhiyyə xidmətlərinin əlçatanlığı və s. bir sıra məsələlər ətrafında müqayisəli təhlillər aparıldı.
Növbəti görüşdə diqqətə alınacaq məsələlər müzakirə edilərək qərar alındı.