“Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirildi

18 sentyabr 2025-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirildi. İclasda  2025-ci il üzrə Fəaliyyət Planı əsasında 2025-ci ilin ilk 6 ayı üzrə Səhiyyə Nazirliyi  tərəfindən görülmüş işlər barədə, həmçinin “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlara göstərilmiş tibbi xidmətlər barədə təqdimat edilmişdir. Naxçıvan MR-da hemodializ xidmətinə dair  həmçinin, əlilliyi olan şəxslərlə bağlı Naxçıvan MR-da görülmüş işlərə dair məlumat verilmiş,  növbəti iclas üçün qrup üzvlərinə tapşırıqlar müəyyənləşdirilmişdir.