Səhiyyə Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun 27 dekabr 2024-ci il tarixində, saat 15.00-da video - konfrans formatında iclası keçirilmişdir.
Gündəlikdə işçi qrupa üzv olmuş yeni namizədlərin təqdimatı, 2025-ci il üzrə Fəaliyyət Planına daxil ediləcək təkliflərin müzakirəsi, nüfuzlu beynəlxalq təşkilatların səhiyyə sahəsində mühüm əhəmiyyətli indikatorları, doğulanda gözlənilən ömür uzunluğu və sağlam ömür uzunluğu göstəricilərinin hesablanma metodologiyası barədə məlumatlar reqlamentə müvafiq olaraq təqdim edilmişdir. İşçi qrupuna üzv olmuş yeni nümayəndələrin təqdim olunduqdan sonra sağlam ömür uzunluğunun hesablanma metodologiyasına dair təqdimat iclas iştirakçılarına təqdim olunmuşdur. Həmçinin, nüfuzlu beynəlxalq təşkilatların səhiyyə sahəsində mühüm indikatorları barədə məlumat verilmiş, Komissiyanın fəaliyyətində hansı indikatora üstünlük veriləcəyinə dair fikir mübadiləsi aparılmışdır. İclasda 2024-cü ilin yekunlarına dair mövcud vəziyyət qiymətləndirilmiş, 2025-cü il üzrə Fəaliyyət Planına daxil ediləcək təkliflər dinlənilmişdir. İclasın sonunda işçi qrupun sədri yeni layihəyə dair tövsiyələrini və təkliflərini bildirmişdir.


