“Səhiyyə sistemi” işçi qrupunun 15 may 2023-cü il tarixində video-konfrans formatında növbəti iclası keçirilmişdir

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun 15 may 2023-cü il tarixində video-konfrans formatında növbəti iclası  keçirilmişdir. İclasda “Səhiyyə sistemi” işçi qrupununa aid müvafiq qurumların (Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi, və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyi və digərləri) nümayəndələri iştirak etmiş və iclas zamanı gündəliyə müvafiq olaraq işçi qrupun 2023-cü il üzrə Fəaliyyət Planı çərçivəsində görülmüş işlər barədə geniş müzakirələr aparılmışdır.

Görüşdə, eyni zamanda  Komissiyanın Rəqəmsal İdarəetmə Platforması ilə bağlı işçi qrupun üzvlərinə geniş məlumat verilmiş və platformadan istifadə qaydaları barədə təqdimat paylaşılmışdır.

Bununla yanaşı, iclasda tibbi-statistik əhəmiyyətli göstəricilərin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılmış və növbəti iclas üçün müzakirə mövzuları müəyyən edilmişdir.