Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun 05.08.2022 - ci il tarixində video - konfrans formatında növbəti iclası başa çatdı. Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika komitəsi, və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun aidiyyəti nümayəndələrinin iştirak etdiyi iclasda “Səhiyyə sistemi” işçi qrupunun Fəaliyyət Planı təsdiq olunduqdan sonra, Fəaliyyət Planına müvafiq olaraq görülmüş işlər, yaxın gələcəkdə görüləcək tədbirlərin müzakirəsi geniş formatda aparıldı. İlk olaraq, işçi qrupun sədri, nazir müavini R. İsmayılov, Səhiyyə Nazirliyinin fəaliyyəti barədə geniş məlumat verdi, daha sonra digər iştirakçıların çıxışları dinlənildi. Növbəti görüşlər üçün həyata keçiriləcək fəaliyyət istiqamətləri barədə təkliflər verildi.
İclasın sonunda Əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində yeni maarifləndirici mobil tətbiqlər və internet-portallarının istifadəyə verilməsi ilə bağlı, eyni zamanda psixi sağlamlığın yaxşılaşdırılması sahəsində görüləcək işlər barədə yekun qərar verildi.