“ Səhiyyə” işçi qrupunun növbəti iclası keçirilmişdir.

21.10.2021-ci il saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “ Səhiyyə” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

İclasda Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika komitəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin müvafiq sahə üzrə məsul nümayəndələri iştirak etmişlər.

Tədbirdə İşçi qrupunun iclasın gündəliyində müzakirəyə çıxarılacaq məsələlər üzrə çıxışlar edilmiş, biznes mühiti ilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin göstəricilərinin yüksəlməsini daha da artırmaq üçün özəl sektor nümayəndələrinin cəlb olunması, biznes mühiti ilə bağlı göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar aparılan islahatlar, səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı və digər mövzular müzakirə olunmuşdur. https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə özəl sektor nümayəndələrinin İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi, müzakirələr aktiv qoşulması imkanları barədə danışılıb.

Görüşün sonunda, iclas ərzində müzakirə olunan məsələlərə dair işçi qrup üzvləri tərəfindən müvafiq təkliflərin irəli sürülərək növbəti görüşlərdə Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdı