Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun 6 may 2022-ci il tarixində saat 11.00-da video-konfrans formatında növbət iclası baş tutmuşdur.
İclasda işçi qrupu tərəfindən cari il ərzində görülməli işlərlə bağlı müəyyən dəyişikliklərin, habelə fəaliyyət planının layihəsinə edilmiş düzəlişlərin və bununla bağlı təkliflərin müzakirəsi aparıldı.
İclas zamanı sahiyyə sistemi sahəsində əsas prioritet istiqamətlər (uşaq və yeniyetmələrin psixi sağlamlığının yaxşılaşdırılması, Ailə Həkimi İnstitutunun yaradılması) üzrə görülməli işlər, tibbi protokolların yenilənməsi məsələsi, vətəndaşların sağlam həyat tərzinin təbliği və təşviqi, eləcə də bu işlərin təşkilində aidiyyəti qurumların əməkdaşlığa cəlb olunması məsələlərinə toxunuldu.
Bununla yanaşı, işçi qrupun sonuncu iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə iclasda məlumat verilərək, yeni təklif və tədbirlər nəzərdən keçirildi.
Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və işçi qrupun aidiyyəti nümayəndələrinin iştirakı ilə davam edən görüşdə, eyni zamanda əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər də geniş müzakirə olundu.