16.12.2022-ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü və təşkilatçılığı əsasında Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışının Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) ilə müzakirəsinə həsr olunmuş video-konfrans keçirilmişdir.
Video-konfransda Qlobal İnnovasiyalar İndeksinin metodologiyası, hesabatda əks olunan göstəricilər və ya mövcud reallıqda olan faktiki göstəricilər ilə bağlı dəqiqləşdirilməsi zəruri olan məsələlərə dair suallar WIPO-nun nümayəndələri tərəfindən cavablandırılmışdır.
Konkret indikatorlarla bağlı Komissiyanın aidiyyəti işçi qruplarının hazırladıqları suallara münasibətdə WIPO-nun ekspertləri müvafiq izahlar və metodoloji dəstək vermişlər.
Mövzunun aktuallığı və əhəmiyyətini nəzərə alaraq, qarşılıqlı şəkildə təklif olunmuşdur ki bu sahədə əməkdaşlıq davam etdirilsin və indeksin göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində təlimllər və faydalı materiallar təqdim olunsun.