Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 23.06.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda banklar tərəfindən real sektora kredit qoyuluşunun artırılması ilə bağlı tənzimləyici çərçivənin təkmilləşdirilməsi və mikromaliyyə institutları tərəfindən özəl sektora kredit qoyuluşlarının artırılmasının stimullaşdırılmasına dair mövzular müzakirə olunmuşdur.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.
İclasa Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, İsveçrənin Azərbaycan Respublikası və Türkmənistandakı səfirliklərinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının və bankların nümayəndələri qatılmışdır.