Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 30.03.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda bank sektorunda aparılan islahatların ictimaiyyətə effektiv çatdırılmasının təşkili və ödəniş kartı bazarının inkişaf etdirilməsi və ödəniş kartları ilə aparılan əməliyyatların genişləndirilməsinə dair mövzular müzakirə olunmuşdur.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.
İclasa Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, Azərbaycan Banklar Assosiasiyasının, İsveçrənin Azərbaycan Respublikası və Türkmənistandakı səfirliklərinin, “Bank Respublika” ASC-nin, “Bank of Baku” ASC-nin və “KPMG Audit Azərbaycan” MMC-nin nümayəndələri qatılmışdır.