27.09.2021-ci il saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq–Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “PricewaterhouseCoopers Azerbaijan”, “Deloitte Azerbaijan”, “Ekvita” şirkətləri və “KPMG Audit Azərbaycan” MMC-nin nümayəndələri iştirak etmişlər.
Tədbirdə İşçi qrupunun 2021-ci il üzrə Fəaliyyət Planı çərçivəsində ilin ilk 2 rübü ərzində görülmüş işlər müzakirə edilmiş, özəl sektorda şəffaflığın təmin olunması, maraqlar münaqişəsinin tənzimlənməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində müzakirə olunan məsələlərə dair işçi qrup üzvləri tərəfindən müvafiq təkliflərin hazırlanaraq Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.