Mayın 24-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupu çərçivəsində Qlobal İnnovasiya İndeksinin (Qİİ) “Birbaşa xarici investisiyalar, xalis daxilolmalar” alt-indikatoru ilə bağlı tematik iclas keçirilib.
Onlayn tədbirdə işçi qrupda təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İclasda Qİİ-nin müvafiq alt-indikatoru və onun hesablanması metodologiyası, ölkəmizin mövqeyi, növbəti hesabatda bu mövqeyin daha da irəliləməsi üçün atılacaq addımlar müzakirə edilib.
Həmçinin, iclasda Qİİ-də yer alan alt-indikatorların və onların metodologiyalarının mütəmadi olaraq araşdırılmasının vacibliyi qeyd edilib.