“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunun 28 sentyabr 2021-ci il tarixində “Zoom” platforması üzərindən növbəti iclası keçirilmişdir.
İclasda İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin və həmin tədbirlərin icrası ilə bağlı qarşıda duran mühüm vəzifələrin, həmçinin 2022-ci il üçün Fəaliyyət Planının layihəsinə daxil edilməsi təklif edilən bir sıra məsələlərin müzakirəsi keçirilmişdir. Onlayn formada keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə yanaşı özəl sektorun, o cümlədən “Deloitte & Touche”, “PwC Azerbaijan” şirkətlərinin və bir sıra digər təşkilatların nümayəndələri yaxından iştirak etmişlər.
Eyni zamanda, İşçi qrupunun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.