Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət istiqaməti üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir.

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunun 22 dekabr 2020-ci il saat 11:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

İclasda Doing Business 2020 Hesabatında İşçi qrupuna həvalə edilmiş indikator üzrə görülmüş, həmçinin hesabatın növbəti nəşrinin yayımlanmasınadək görülməsi nəzərdə tutulan işlərin, habelə İşçi qrupunun 2021-ci il üçün fəaliyyət planının layihəsinin müzakirəsi keçirilmişdir.

Eyni zamanda, İşçi qrupunun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.