28 noyabr 2019-cu il tarixində İqtisadiyyat Nazirliyində (Bakı şəhəri, Bülbül prospekti 20, Nizami kinoteatrının yanı, 6-cı mərtəbə 63-cü otaq) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət İşçi qrupunun növbəti iclası keçirilmişdir. İclasda İşçi qrupuna həvalə edilmiş indikatorlar üzrə beynəlxalq reytinqlərdə, o cümlədən “Doing Business 2020”, “Qlobal Rəqabətlilik 2019” və “Qlobal İnnovasiya İndeksi 2019” hesabatlarında İşçi qrupuna həvalə edilmiş indikatorlar üzrə qiymətləndirmənin nəticələrinin, həmçinin, İşçi Qrupunun 2020-ci il üçün Fəaliyyət Planının layihəsinin ilkin variantının müzakirəsi aparılmışdır.
Eyni zamanda, İşçi qrupun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.