21 fevral 2020-ci il tarixində İqtisadiyyat Nazirliyində (Bakı şəhəri, Bülbül prospekti 20, Nizami kinoteatrının yanı, 6-cı mərtəbə 63-cü otaq) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət İşçi qrupunun növbəti iclası keçirilmişdir.
İclasda beynəlxalq reytinqlərdə, o cümlədən “Doing Business” və “Qlobal İnnovasiya İndeksi” hesabatlarında İşçi qrupuna həvalə edilmiş indikatorlar üzrə 2019-cu ildə görülmüş işlər, həmçinin İşçi Qrupunun 2020-ci il üçün Fəaliyyət Planının layihəsi, o cümlədən qiymətli kağızlar bazarının inkişafı, ekoloji performans və bazar kapitallaşması ilə bağlı geniş müzakirə aparılmışdır.
Eyni zamanda, İşçi qrupunun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.