"İnsan Kapitalı" üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

30 sentyabr 2021-ci il tarixində Təhsil Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İnsan Kapitalı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin Sosial siyasət sektorunun müdiri Natiq Məmmədli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin tətbiqi və tədrisi mərkəzinin direktoru Rauf Cabbarov və Məlumat hesablama mərkəzinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Aygün Əhmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdir müavini Rəna Abdullayeva, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi Sosial normativ aktlar idarəsinin baş məsləhətçisi Aygün Şahbanova, Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri Elçin Hacı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Korporativ xidmətlər departamentinin Hüquq şöbəsinin müdiri Şəmşir Qurbanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibin müavini, Hüquq və Sosial Tərəfdaşlıq şöbəsinin müdiri Xəqan Hümmətzadə və İnsan resursları üzrə aparıcı mütəxəssisi Amil Babayev, Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis müavini, kiçik vergi xidməti müşaviri Nərgiz Muradova iştirak etmişdir.

İşçi qrupunun rəhbəri, Təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə ölkədə insan kapitalının inkişafı sahəsində əhəmiyyətli nailiyyətlərini nail olunmasında xidmətlərini qeyd etmiş və Azərbaycanda İnsan Kapitalında İKT-nin əhəmiyyətini vurğulamışdır. İ.İsayev beynəlxalq indekslərdə ölkəmizin İnsan Kapitalı göstəricilərinin daha da yaxşılaşması üçün görüləcək işlərin davam etdirildiyini bildirmiş, reytinqlərdə ölkəmizin daha da yüksək yerlərdə qərarlaşması istiqamətində atılan mühüm addımlardan bəhs etmişdir. İnsan Kapitalı üzrə işçi qrupunun gördüyü işləri, icrası nəzərdə tutulan tədbirləri diqqətə çatdırmışdılr.

İclasın gündəliyində duran əsas məsələlədən biri də İKT-nin ali təhsil müəssisələrində tədris prosesində tətbiqi olmuşdur. Bu sahədə İqtisadiyyat Nazirliyininİqtisadi İslahatların Elmi tədqiqat İnsititutu tərəfindən üç ali təhsil müəssisəsinin tələbələri arasında keçirilmiş sorğunun nəticələri müzakirə olunmuş, sözügedən sorğuda iştirak etmiş ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Mingəçevir Dövlət

Universiteti) rəhbərləri ilə birgə müzakirə edilmiş, gələcək fəaliyyət üçün nəzərə alınmışdır.

Əlavə olaraq, Qlobal İnnovasiya İndeksində hansı fəaliyyətlərin qiymətləndirmə göstəricilərini yüksək olduğu, hansılarının isə daha çox diqqət tələb etdiyi mövzusunda aparılmış təhlilin nəticələri müzakirə edilmişdir.

Daha sonra işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının hesabatının müzakirəsi keçirilmiş, müvafiq təkliflər verilmiş və görüləcək işlər müzakirə edilmişdir.