Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur üzrə İşçi qrupunun növbəti iclası 7 aprel 2021-ci il tarixində video-konfrans formatında keçirilmişdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Rəhman Hümmətovun sədrliyi ilə keçirilmiş iclasda İşçi qrupunun 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər haqqında iştirakçılara məlumat verilmişdir.
İclasda iştirak edən Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev 2021-ci il üçün Fəaliyyət Planındakı tədbirlərin vaxtında həyata keçirilməsinin növbəti illər üçün hazırlanan beynəlxalq hesabatlarda nəzərə alınmasında vacibliyini qeyd etmişdir.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və Azərbaycan Texniki Universitetinin məsul şəxsləri tərəfindən təqdimatla müşayət olunan çıxışlar edilmişdir.