“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilmişdir

04 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir.

İclas Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, işçi qrupunun rəhbəri Cavid Qurbanovun sədrliyi ilə keçirilmişdir. Qrupun 2023-cü il üçün Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlərə dair hesabatlar dinlənilmiş, həmçinin ilin sonuna qədər icra olunmalı tapşırıqlar barədə məlumatlar təqdim edilmiş, icra prosesinin sürətləndirilməsi və optimallaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Aparılmış müzakirələrə uyğun olaraq qarşıda duran məsələlərin həlli ilə bağlı müvafiq qərarlar alınmışdır.

İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, həmçinin Komissiyanın Katibliyi təmsil olunmuşdur.