30 sentyabr 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Fiziki infrastruktur İşçi qrupunun növbəti iclası keçirilib.
Görüşdə işçi qrupunun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb, 2019-cu ilin III rübü üzrə tədbirlərin icrası ilə bağlı "Azərenerji" ASC-nin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələrinin hesabatları dinlənilib.
İclas zamanı işçi qrupun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalından (“azranking.az”) istifadə və yeniliklər barədə ətraflı məlumat verimib.
İclasda işçi qrupa yeni üzv olmuş nümayəndələr təqdim edilib.