Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 02.11.2020-ci il saat 16:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
İclasda işçi qrupunun 2020-ci il üçün təsdiq edilmiş Fəlaiyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar görülmüş işlər dair müzakirələr aparılmış və qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, Fəlaiyyət Planında növbəti dövrlər üçün nəzərdə tutulmuş tədbirlərin icrasının vaxtında təmin edilməsi məqəsədilə müvafiq qərarlar qəbul edilmişdir.
İclasa İqtisadiyyat Nazirliyinin , İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Dövlət Neft Şirkətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin, “Smart Solutions Group" şirkətinin, "PricewaterhouseCoopers Azerbaijan" şirkətinin və "KPMG Audit Azərbaycan" MMC-nin nümayəndələrı qatılmışdır.