İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər müzakirə olunmuşdur.
Bununla yanaşı, iclasda 2021-ci il üçün Fəaliyyət Planının 9 aylıq yekun qiymətləndirilməsinə hazırlıqla bağlı da müzakirələr aparılmışdır.
Görülmüş işlər barədə əsas icraçı qurumlar olan Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin məsul şəxsləri tərəfindən aidiyyəti hissələrdə təqdimatlar həyata keçirilmiş və çıxışlar edilmişdir.
Təqdimat və çıxışlardan sonra müvafiq bəndlər üzrə müzakirələr aparılmış, icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılmışdır.
İclasda Fəaliyyət Planının 10-cu bəndi ilə əlaqədar olaraq qeydiyyat və kadastr orqanlarında mövcud olan “şikayət mexanizmi”nin təkmilləşdirilməsi məsələləri də müzakirə olunmuş, o cümlədən “Daşınmaz əmlakın kadastrı və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahələrində şikayətlərə baxılması Qaydası” layihəsi ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrin nəticəsi olaraq qərara alınmışdır ki, layihə yekun rəyin bildirilməsi üçün “Əmlakın qeydiyyatı” işçi qrupunun üzvlərinə təqdim edilsin.
İclasa işçi qrupunun üzvləri ilə yanaşı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev, Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, eləcə də özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılmışdır