İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında “Doing Business” hesabatının “Əmlakın qeydiyyatı” indikatoru üzrə nəzərdə tutulan müvafiq tədbirlərlə bağlı görüləcək işlər barədə əsas icraçı qurum olan Əmlak Məsələləri Dövlət Xidmətinin məsul şəxsi tərəfindən təqdimat həyata keçirilmiş, eləcə də əsas icraçı qurum olan Ədliyyə Nazirliyinin məsul şəxsi, habelə icraçı qurum olan Dövlət Vergi Xidmətinin məsul şəxsi tərəfindən çıxışlar edilmişdir.
Təqdimat və çıxışlardan sonra müzakirələr aparılmış, icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılmışdır.
İclasa Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev, işçi qrupunun rəhbəri Nigar xanım Alimova, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Ekvita” şirkətinin nümayəndələri qatılmışdır.