“Əmlakın qeydiyyatı” işçi qrupunun 12 mart 2021-ci il tarixində növbəti onlayn iclası keçirilmişdir.

İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının 2-7-ci, 8.1-8.5-ci və 9-11-ci bəndləri üzrə görülmüş işlər barədə əsas icraçı qurumlar olan Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin məsul şəxsləri tərəfindən aidiyyəti hissələrdə təqdimatlar həyata keçirilmiş və çıxışlar edilmişdir.

Təqdimat və çıxışlardan sonra müvafiq bəndlər üzrə müzakirələr aparılmış, icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılmışdır.

İclasa işçi qrupunun üzvləri ilə yanaşı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev, Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, eləcə də özəl və bank sektorunun nümayəndələri qatılmışdır.