Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” alt qrupunun ali təhsil müəssisələri ilə görüşü keçirilib.
Yüz nəfərdən çox iştirakçının qatıldığı tədbirdə 40-dan çox ali təhsil müəssisəsinin rektor, prorektor, gənc alimlər və digər akademik nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi “SCOPUS”, “Web of Science” və digər beynəlxalq nəşrlər və jurnallarda məqalələrin yazılması və çap olunması, bu istiqamətdə bilik və təcrübələrin artırlması olub.
İclas zamanı altqrupun rəhbəri, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi"nin icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.
İclasda həmçinin Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Elmin İnkişafı Fondunun rəhbər şəxsləri maraqlı təqdimatlarla çıxış ediblər. Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalarda (SCOPUS, Web of Science və s.) korporativ profillərinin, fərdi səhifələrinin yaradılması, elmi nəşrlərin hazırlanması zamanı beynəlxalq elmmetrik bazaların tələblərinin nəzərə alınması təcrübəsi, elm və ali təhsil müəssisələrinin differensial əmək haqqı sisteminin beynəlxalq təcrübəsi və onun tətbiqi imkanları ilə bağlı bağlı, həmçinin, “e-QRANT” – “Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi”ndə qeydiyyatdan keçmək mövzusunda olan təqdimatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşün sonunda mövzular ətrafında ətraflı fikir mübadiləsi, müzakirələr aparılıb.