Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupunun 09.10.2020-ci il saat 15:00-da videokonfrans formatında növbəti iclası keçirilmişdir.
Qarşılıqlı müzakirələr formatında keçən iclasda işçi qrupunun 2020-ci il üçün Fəaliyyət Planı və müvafiq sahədə həyata keçiriləcək zəruri və təxirəsalınmaz tədbirləri özündə əks etdirən Tədbirlər Planının üçüncü rüb üzrə icra vəziyyəti müzakirə olunmuşdur.
Görüşdə sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması sahəsində mövcud vəziyyət dəyərləndirilmiş və müvafiq sahədə, o cümlədən “Azərişıq" ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemində təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
İclasa Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC və “Azərenerji” ASC-nin nümayəndələri qatılmışdır.