26 noyabr 2025-ci il il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üçün Yol Xəritəsinin icra vəziyyəti və əldə olunan nailiyyətlərə həsr olunan iclası keçirilmişdir.
İclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” ASC və digər dövlət qurumlarının məsul nümayəndələri, həmçinin özəl sektor və biznes assosiasiyalarının təmsilçiləri iştirak etmişdir.
Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin 11 aylıq dövr üzrə icra vəziyyətinə dair müzakirələr aparılmış, əldə olunan nəaliyyətlər barədə ətraflı məlumat verilmişdir.
Bununla yanaşı, özəl sektor nümayəndələrinin təqdim etdiyi təkliflər müzakirə olunmuş, verilmiş təkliflərin icrası istiqamətində fikir mübadiləsi aparılmışdır.
Sonda 2025-ci il üçün Yol Xəritəsinin icrası ilə bağlı yekun tədbirlərə dair məsələlər müzakirə edilmiş, bu istiqamətdə müvafiq tapşırıqlar verilmiş, iclas iştirakçılarının sualları cavablandırılmış və 2026-cı il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması prosesinə başlanılması üçün müvafiq tapşırıqlar verilmişdir.


