Azərbaycan Respublikası Mərkəzi Bankında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” İşçi qrupunun növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, həmçinin “KPMG Azərbaycan Ltd” şirkətinin, «İqtisadi Təşəbbüslərə Yardım» və «Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi» ictimai birliklərinin təmsilçiləri iştirak etmişlər. İclasda İşçi qrupunun üzvləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim” elektron sistemi barədə məlumatlandırılmışdır. İşçi qrupunun 2019-cu il üzrə Fəaliyyət Planı çərçivəsində ilin ilk 3 rübü ərzində görülmüş işlər müzakirə edilmiş, qarşıda qoyulan məqsədlərə nail olmaq üçün görülməli tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xüsusilə, büdcə şəffaflığı və monetar azadlıq səviyyəsinin inkişaf etdirilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.