30 may 2024-cü il tarixində saat 11.00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupuna daxil olan 3 (üç) dövlət qurumunun məsul şəxslərinin iştirakı ilə video-konfrans formatında tematik iclası keçirilmişdir.
İclasda Dövlət Neft Fondunun, Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin məsul şəxsləri fəaliyyət planında qeyd olunan “Təbii resursların idarə edilməsi indeksi” çərçivəsində fikir mübadiləsi aparılmışdır.
İclasda iştirak edən müvafiq dövlət qurumlarının nümayəndələri “Təbii resursların idarə edilməsi indeksi” üzrə cari vəziyyət, icra olunan layihələr haqqında məlumatlar və qarşıda duran məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. İşlərin Fəaliyyət Planı çərçivəsində davam etdirilməsi qərarı alınmışdır.