Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Dövlət Müdafiəsi Xidməti (ASİHDMX) və Dövlət Neft Fondunun (DNF) birgə təşkilatşılığı ilə DNF-də dövlət satınalmaları sahəsində həyata keçirilən iqtisadi islahatlar mövzusunda təqdimat keçirildi. Tədbirdə ASİHDMX-nın dövlət satınalmaları şöbəsinin müdir müavini Mirdamət Kərimov qanunvericilikdə edilən son dəyişikliklərlə bağlı təqdimat keçirdi və tədbir iştirakçılarının sualları cavablandırıldı.