Dövlət satınalamalarının vahid internet portalı

Dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, həmçinin rəqabətli satınalma metodlarından istifadə imkanlarının yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanunu ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Artıq vahid internet portalı vasitəsi ilə hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı bütün məlumatlar cəmiyyətin bütün üzvləri üçün əlçatan olacaqdır. Eyni zamanda, dövlət satınalmaları üzrə həyata keçirilən islahat tədbirləri nəticəsində satınalan təşkilatın tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizinədək məbləğdə müəyyənləşdirməsi imkanının yaradılması, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qəbul olunmuş qərarın isə elektron qaydada təqdim edilməsi ilə 3 bank günündən 1 bank gününədək azaldıldılıb.