5 Aprel, 2019-cu il tarixində “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" ilə bağlı keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxalieyev “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün yaradılmış Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 27 avqust tarixli 431 nömrəli Sərəncamı əsasında yaradılan "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası" internet portalı haqqında təqdimat edib.