Cari ilin 22 iyun tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir

22 iyun 2023-cü il tarixində aidiyyəti dövlət qurumları və sənaye nümayəndələrinin iştirakı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” üzrə işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi məqsədilə iclası keçirilmişdir.

İclas zamanı gündəliyə uyğun olaraq qurumların məruzələri dinlənilmiş, Fəaliyyət planının vaxtında icrası, həmçinin, təqdim olunan təkliflərin işçi qrupun mandatına və Səyahət və Turizm İnkişaf İndeksi Hesabatının metodologiyasına uyğun olaraq hazırlanması ətrafında müzakirələr aparılmışdır.

Aparılmış müzakirələrə uyğun olaraq qarşıda duran məsələlərin  həlli ilə bağlı müvafiq qərarlar alınmışdır.

İclas zamanı, həmçinin, dövlət qurumları ilə yanaşı özəl sektorun da Komissiyanın işində fəal iştirakını təmin etmək üçün bu sahənin inkişafı ilə bağlı özəl sektor nümayəndələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu təşəbbüslərin Komissiyanın işinə inteqrasiyasının əhəmiyyəti vurğulanmışdır.