“Turizmin inkişafı” işçi qrupunun iclasında "Səyahət və Turizmin İnkişafı İndeksi" ilə bağlı 2023-cü il üzrə Fəaliyyət Planının layihəsi müzakirə edilmişdir

2022-ci il 20 dekabr tarixində aidiyyəti dövlət qurumları və sənaye nümayəndələrinin iştirakı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” üzrə işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının layihəsinin müzakirəsi məqsədilə işçi qrupun iclası keçirilmişdir.

İclasda müvafiq dövlət qurumlarından fəaliyyət planının layihəsinə dair təqdim olunmuş rəy və təkliflərin ətraflı müzakirəsi aparılmış və ilkin fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

İclas zamanı ümumi olaraq sənəd layihəsi məqbul hesab olunmuş, həmçinin müvafiq qurumlardan təqdim olunan, eləcə də iclas zamanı səsləndirilən rəy və təkliflər istiqamətində fəaliyyət planı layihəsinin daha da təkmilləşdirilərək yenidən təqdim olunması qərara alınmışdr.