“Biznesin müflisləşməsi” işçi qrupunun iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin müflisləşməsi” işçi qrupunun 19.09.2022-ci il tarixdə saat 15:00-da video-konfrans formatında keçirilən iclasında “Biznesin müflisləşməsi” indikatoru üzrə diaqnostika matrisasına dair müzakirələr aparılmışdır.

Dünya ictimaiyyətindən, beynəlxalq mütəxəssislərdən, ekspertlərdən toplanan rəylər nəticəsində təkmilləşdirilmiş diaqnostika matrisasının layihəsi işçi qrupunun üzvləri ilə müzakirə olunmuşdu.

Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Vəkillər Kollegiyasının nümayəndələrinin və işçi qrupunun digər üzvlərinin iştirakı ilə diaqnostika matrisasının yekun layihəsinin tərtibinə dair təkliflər dəyərləndirilmişdir.

İclasda “Biznesin müflisləşməsi” indikatoru üzrə diaqnostika matrisasının yekun layihəsinin və Strateji Yol Xəritəsinin tərtib olunması prosesinin qısa müddət ərzində yekunlaşdırılması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim olunması qərara alınmışdır.