Biznesə başlama, vergi və hesabatlılıq üzrə aparılmış islahatlar
5 Aprel, 2019-cu il tarixində “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" ilə bağlı keçirilən tədbirdə Azərbaycan Respublikası vergilər nazirinin müavini, "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun rəhbəri İlkin Vəliyev hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə həyata keçirilən islahatlar nəticəsində yeni onlayn qeydiyyat sistemi haqqında təqdimatla çıxış edib.