Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun məsul olduğu Kredit bürosunun əhatəlilik dərəcəsinin yüksəldilməsi üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühitinin əlverişliliyinin daha da artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması üçün kredit bürosunun əhatəlilik dərəcəsinin yüksəldilməsi üzrə işçi qrupunun 15.02.2021-ci il saat 11:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir. İşçi qrupu əhalinin kredit aktivliyinin artırılması, kredit bürosunun əhatəlilik dərəcəsinin yüksəldilməsi, “Doing Business Hesabatı”nın “Kreditlərin alınması” indikatoru üzrə yüksək mövqenin qorunub saxlanılması üçün qabaqlayıcı tədbirlərin görülməsi və bu sahənin təkmilləşdirilməsi, kreditlərin əlçatanlığı üzrə sahibkarların və maliyyə institutlarının məlumatlandırılması işlərini aparmaqla əlaqədar formalaşdırılmışdır.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda işçi qrupunun 2021-ci il üçün icrası nәzәrdә tutulan tәdbirlәrlә bağlı mәlumatlar təqdim olunmuş və  icraçı qurumların birgә koordinasiya işinin tәşkilinә dair müzakirələr aparılmışdır.

İclasa Mərkəzi Bankın, “Azərbaycan Kredit Bürosu” MMC-nin və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri qatılmışdır.