Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2022-ci il üçün Fəaliyyət Planının birinci yarımilliyi üzrə görülmüş işlər” mövzusunda növbəti iclası keçirilib.

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov işçi qrupun Fəaliyyət Planı üzrə ilin birinci yarımilindəki fəaliyyəti, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib və növbəti yarımildə görüləcək işləri diqqətə çatdırıb.

Görüşdə işçi qrupun üzvlərinin müvafiq sahələr üzrə təqdimatları dinlənilib.

İclasda dövlət qurumlarının nümayəndələri ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən əmək bazarında mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər, eləcə də qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.