Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su Şəbəkəsinə Qoşulma” işçi qrupunun iclası keçirilmişdir.

5 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su Şəbəkəsinə qoşulma” İşçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun sədrliyi ilə işçi qrupunun video-konfrans formatında iclası keçirilib.

İclasda Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Kommunal xidmətlər: Su Şəbəkəsinə Qoşulma” indikatoru üzrə diaqnostika matrisasının layihəsinin yenidən işlənilməsi ilə bağlı texniki dəstəyin göstərilməsinə dair iş planının müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin dəqiqləşdirilməsi, verilmiş tapşırıqların icrası və görüləcək işlər barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyindən daxil olmuş əlavə qeydlər, təklif və məlumatlar dinlənilib, suallar cavablandırılıb və qarşıda duran vəzifələr müzakirə edilib.

 İclasın yekununda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma: Su Şəbəkəsinə Qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair diaqnostika matrisasının yekun layihəsinin müəyyən ediləcək iş planına uyğun olaraq qısa müddətdə digər qurumlarla birgə işlənib hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi qərara alınmışdır.