Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun  növbəti iclası 30 dekabr  2023-ci il tarixində, saat 11.00-da video- konfrans formatında keçirilmişdir.

Görüşdə işçi qrupunun əvvəlki iclasının  Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə  geniş məlumatlar təqdim olundu. Bununla yanaşı olaraq, 2023-cü il üzrə Fəaliyyət Planı istiqamətində görülmüş işlərin effektivliyinin monitorinqinə dair təkliflər dinlənilmiş və 2024-cü il üzrə görüləcək tədbirlərlə bağlı yeni Fəaliyyət Planı layihəsi geniş şəkildə müzakirə olunmuşdur.

Nazir müavini R.İsmayılovun sədrliyi ilə keçirilmiş  tədbirdə Səhiyyə sistemi ” işçi qrupu nümayəndələri tərəfindən  aktiv şəkildə müzakirələr aparılmış və növbəti addımlar müəyyən olunmuşdur.