Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.

Toplantıda Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika komitəsi, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyatı nümayəndələri ilə yanaşı, işçi qrupun fəaliyyət dairəsinin daha da genişləndirilməsi məqsədilə bir sıra dövlət təşkilatlarının, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

İclasın gündəliyinə müvafiq olaraq “Səhiyyə sistemi“ işçi qrupunun Fəaliyyət Planına əsasən 2022-ci ildə görülmüş işlər barədə məlumat verilib, növbəti il üçün Fəaliyyət Planı layihəsinin hazırlanması üçün təkliflərin verilməsi kimi məsələlər müzakirə olunub.

İclasın yekununda növbəti görüşlər üçün müzakirə olunacaq məsələlər müəyyənləşdirilib.