Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun növbəti iclası keçirilmişdir

2022-ci il 2 sentyabr tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun rəhbəri, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun sədrliyi ilə işçi qrupunun video-konfrans formatında iclası keçirilmişdir.

İclasda Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Kommunal xidmətlər: İnternetə qoşulma və internet infrastrukturu” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə ətraflı məlumat verildi, sözügedən Yol Xəritəsi layihəsinə dair Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyindən daxil olmuş əlavə qeydlərə dair işçi qrupun üzvlərinin və işçi qrupun fəaliyyətinə bilavasitə cəlb olunan məsul şəxslərin müvafiq təklif və məlumatları dinlənildi, bununla yanaşı suallar cavablandırıldı və qarşıda duran vəzifələr müzakirə edildi.

İclasın yekununda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma: İnternetə qoşulma və internet infrastrukturu” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihəsinin qısa müddət ərzində müvafiq qaydada razılaşdırılaraq təsdiq edilməsi üçün əlavə tədbirlərin görülməsi zəruri hesab olundu və işçi qrupun rəhbəri tərəfindən bu platformanın yaratdığı imkanlardan istifadənin səmərəli olması üçün birgə sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyi xüsusi qeyd edildi.