Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun onlayn iclası keçirilib.

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.

Ölkəmizdə əmək bazarının inkişaf etdirilməsi, əmək bazarını tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, əməkhaqqı və digər sosial ödənişlərin artırılamsı sahəsində həyata keçirilən islahatlar qeyd edilib. 

Aktiv məşğulluq proqramlarının genişləndirilməsi, qadınların məşğulluq imkanlarının artırılması, əmək bazarının tələblərinə uyğun yeni peşə və ixtisas istiqamətləri üzrə peşə hazırlığının təşkili və s. istiqamətlərdə aparılan işlərdən bəhs olunub.

“Əmək bazarı” işçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası sahəsində görülən işlər və 2024-cü il üçün Fəaliyyət Planı üzrə qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin əmək bazarında əmək ehtiyatlarının təhsil pillələri üzrə müqayisəli təhlili aparılıb.