“Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü ilin yekunlarına həsr olunan iclası keçirilib

04 fevral 2025-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən rəhbərliyi həyata keçirilən “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü ilin yekunlarına həsr olunmuş iclası keçirilmişdir. 

Onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyi, “Azercell”, “Azerconnect”, “NEQSOL”, “Deloitte”, “Ekvita” şirkətləri və digər qurumların nümayəndələri iştirak etmişlər. 

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin sədrliyi ilə keçirilmiş iclasda ilkin olaraq işçi qrupun “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı 2024-cü il ərzində görülmüş işlər barədə çıxışlar həyata keçirilmiş, habelə qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 

İclasın davamında vətəndaş cəmiyyəti institutları və özəl sektor nümayəndələri tərəfindən dövlət-biznes-vətəndaş cəmiyyəti dialoqunun genişləndirilməsi məsələləri ilə bağlı zəruri təkliflər irəli sürülmüşdür.