Cari ilin 15 sentyabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun növbəti tematik iclası keçirilmişdir.
İclas zamanı Dünya Bankının B-Ready layihəsinin Beynəlxalq ticarət indikatoru üzrə Azərbaycana dair bir sıra göstəricilərin aşağı olması səbəbləri müzakirə edilmiş, hazırda həmin göstəricilərin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər, həmçinin gələcəkdə atılmalı olan addımlar haqqında fikir mübadiləsi aparılmışdır.
İclasda işçi qrupda təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.