Beynəlxalq ticarət işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun 09.09.2022-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi kimi dövlət qurumlarının nümayəndələri, habelə özəl sektorun təmsilçiləri iştirak etmişdir.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru üzrə tərtib olunmuş diaqnostika matrisası layihəsi təqdim edilmiş və matrisada əksini tapan müvafiq tədbirlər üzrə aidiyyəti qurumların rəy və təklifləri müzakirə edilmişdir.

İşçi qrupun qarşısında duran növbəti addım kimi Beynəlxalq ticarət indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilmişdir.