Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun iclası keçirilib. İşçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb.
İclasda beynəlxalq ticarətin asanlaşdırılması üçün dövlət xidmətlərinin keyfiyyətinə dair hüquqi tənzimlənmələr, Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımaları alt sektorlarının əlavə edilməsi, Ələt Limanında müvafiq infrastruktur sahələrinin yaradılması imkanları bağlı təqdimatlar dinlənilib.
Həmçinin Türk Dövlətləri Təşkilatının Ticarətin Asanlaşdırılması Strategiyası sənədi üzrə Azərbaycan tərəfindən müvafiq əlaqələndirici orqan kimi Beynəlxalq ticarət işçi qrupunun 2025-ci il ərzindəki fəaliyyəti çərçivəsində atılan addımlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra İşçi qrupunun fəaliyyətinə dair “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol xəritəsi”nə daxil edilən tapşırıqların icra vəziyyəti barədə müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib