“Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib

İclasda 2026-cı il üzrə Fəaliyyət Planı əsasında əsas icraçı qurumların rüblük hesabatlarının dinlənildi, həmçinin Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud problemlər, aparılmış islahatlar barədə iştirakçılara məlumat verildi. Eyni zamanda  Səhiyyə Nazirliyi tərəfindən 2026-cı ilin ilk 3 ayı ərzində görülmüş işlər barədə işçi qrupun katibi, nazirliyin nümayəndəsi tərəfindən məlumat təqdim edildi. TƏBİB tərəfindən də ölkədə dializ xidməti, görülmüş işlər barədə hesabat diqqətə çatdırıldı. Sonda sədr növbəti iclas barədə müvafiq tapşırıqları verərək, gündəliyə salınacaq mövzuları qeyd etdi.