21 noyabr 2025-ci il tarixində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun Hüquq və İnsan Haqları İnstitutunda hibrid formatda növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov ötən dövr ərzində görülən işlər barədə məlumat vermişdir. O, Konsepsiya sənədinin Mülki Məcəllənin 1-ci və 2-ci fəsilləri, həmçinin Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 2-1-ci fəsli (“Şəxsiyyət hüquqları” fəsli) üzrə hissələrinin ümumi məqsədləri, məzmunu və strukturunu iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin yeni fəslin hazırlanması zamanı araşdırılan yerli və xarici hüquqi mənbələr barədə məlumat təqdim etmişdir.
İclasın davamında konsepsiya sənədinin müzakirəsi aparılmış, işçi qrup üzvləri sənədin layihəsinə dair rəy və təkliflərini səsləndirmişlər. Daha sonra Konsepsiya sənədinin müzakirəyə təqdim edilən hissələri ilə bağlı iclas iştirakçılarının sualları cavablandırılmışdır.
Sonda işçi qrupun üzvlərinin və maraqlı tərəflərin rəy və təklifləri nəzərə alınmaqla sənədlər təkmilləşdirildikdən sonra həmin sənədlərin dövlət orqanları (qurumları) ilə razılaşdırılması prosesinə başlanılacağı və məlumat üçün işçi qrup üzvlərinə göndəriləcəyi bildirilmişdir.